Azərbaycanda nə qədər İkinci Dünya Müharibəsi veteranı var? - Açıqlama
Azərbaycanda hazırda ölkə üzrə 13 nəfər İkinci Dünya müharibəsi iştirakçısı yaşayır və onlara ümumilikdə 35 750 manat birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə Dövlət Sosial Müdafiə Fondu Anews.az-ın sorğusuna cavab olaraq məlumat verib.
Yeni sərəncama əsasən, 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 750 manat birdəfəlik ödəniş nəzərdə tutulur.
Eyni zamanda, müharibədə həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin ailə üzvləri, arxa cəbhədə əmək fəaliyyəti ilə fərqlənmiş şəxslər, eləcə də Leninqradın müdafiəsi və blokadasında iştirak edənlər üçün 1 500 manat məbləğində birdəfəlik yardım müəyyən edilib.
Aytac Zeynalova