Image

Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz

 ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə başladılan “qızıl kart” viza proqramı çərçivəsində ən azı bir müraciətçi artıq təsdiqlənib. Bu barədə ABŞ Ticarət Katibi Hovard Lutnik bildirib.

Proqram xarici vətəndaşlara ABŞ-da yaşamaq və işləmək hüququnu ən azı 1 milyon dollar ödəniş qarşılığında əldə etməyə imkan verir.

Lutnikin sözlərinə görə, proqramın dekabrda işə salınmasından sonra bir neçə gün ərzində təxminən 1,3 milyard dollar dəyərində viza satışı həyata keçirilib. O, Konqresdə keçirilən dinləmələr zamanı rəqəmlər arasında mümkün uyğunsuzluq barədə şərh verməyib.

Rəsmilər hazırda “yüzlərlə müraciətçinin növbədə olduğunu” və prosesin davam etdiyini bildirirlər.

Donald Tramp proqramı əvvəlcə 5 milyon dollarlıq investisiya modeli kimi təqdim edib və bunun yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsinə və federal büdcəyə əlavə gəlir gətirəcəyinə dair fikir irəli sürüb. Proqramın mövcud EB-5 investor viza sistemini əvəz etməsi nəzərdə tutulur.

Lutnik həmçinin hər müraciət üçün 15 min dollar yoxlama haqqı və bəzi hallarda 2 milyon dollara qədər əlavə ödənişlərin tətbiq olunduğunu açıqlayıb.

Oxşar “qızıl viza” proqramları Böyük Britaniya, İspaniya, Yunanıstan, Malta, Avstraliya, Kanada və İtaliya kimi ölkələrdə də mövcuddur.

Gülnar 

Xəbər lenti

XİN bəyanat yayıb