Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir
Milli Hidrometeorologiya Xidmətinin aprelin 24-ü saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.
Xidmətdən verilən xəbərə görə, bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti saniyədə Naftalanda 28, Goranboyda 27, Tərtər, Bərdədə 22, Mingəçevir, Gəncə, Ağstafada 20, Lerikdə 19, Ağdamda 18, Yardımlı, Şəki, Xızıda 15 metrədək güclənir.