Image

ABŞ İran əleyhinə sanksiyaları genişləndirib

ABŞ Maliyyə Nazirliyi İranla əlaqələri olduğu ehtimal edilən 20 şirkət və 19 gəmini sanksiya siyahısına əlavə edib.Bu barədə nazirliyin nəzdində fəaliyyət göstərən Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat yayıb.

Yenilənmiş siyahıya Britaniyanın Virgin adaları, Vyetnam, Honkonq, Kayman adaları, Çin, Liberiya, Marşal adaları, BƏƏ və Panamada qeydiyyatdan keçmiş hüquqi şəxslər daxil edilib.

Bu həftənin əvvəlində idarə səkkiz İran vətəndaşına, həmçinin İran və BƏƏ-dən olan dörd şirkətə qarşı sanksiyalar tətbiq edib. Bundan əlavə, Mahan Air aviaşirkətinə məxsus iki Boeing 777-200ER təyyarəsi də sanksiya siyahısına salınıb. 

Xəbər lenti

Sabah 24 dərəcə isti olacaq

Faktiki hava açıqlanıb

Azərbaycan nefti bahalaşıb