Image

Uitkoff və Kuşnerin Pakistan səfərini ləğv edilib

ABŞ Prezidenti Donald Tramp Prezidentin xüsusi elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin Pakistanın paytaxtı İslamabada planlaşdırılan səfərinin ləğv edildiyini bildirib.Bu barədə Tramp Fox News-a müsahibəsində deyib.

O, bildirib ki, ABŞ nümayəndə heyəti İran tərəfi ilə mümkün atəşkəs məsələlərini müzakirə etmək üçün səfərə hazırlaşırdı, lakin bu plan onun qərarı ilə dayandırılıb.

“Bir müddət əvvəl komandama dedim ki, onlar yola düşməyəcəklər. Dedim ki, 18 saatlıq uçuşa ehtiyac yoxdur”, – Tramp bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun Tehranla əlaqə yaratmaq üçün kifayət qədər imkanları var və belə səfərə ehtiyac görülmür.

Qərar İranın xarici işlər naziri Abbas Əraqçinin İslamabadda Pakistan rəsmiləri ilə ABŞ-İran qarşıdurması ilə bağlı mümkün diplomatik həll yollarını müzakirə etməsindən sonra verilib.

Xəbər lenti

Abbas Əraqçi Omana gedib

Sabah 24 dərəcə isti olacaq

Faktiki hava açıqlanıb

Azərbaycan nefti bahalaşıb