Image

Orban deputat mandatından imtina edib

Macarıstanın Baş naziri Viktor Orban "FİDES - Macarıstan Vətəndaş İttifaqı" koalisiyasının lideri olaraq qalmaqla deputat mandatından imtina etmək qərarına gəlib.

Macarıstan mediasının məlumatına görə, Orban videomüraciətində bildirib ki, hakim koalisiyanın seçki siyahısında qazandığı mandat faktiki olaraq Fideszə məxsusdur və bu səbəbdən ondan imtina etmək qərarı verib.

“Parlamentdə deyil, milli partiya hərəkatının yenidən təşkilində lazımam”, – deyə Orban bildirib.

Onun sözlərinə görə, Fideszin idarə heyəti ona partiya sədri kimi fəaliyyətini davam etdirməyi təklif edib. Orban əlavə edib ki, partiya iyun ayında ümummilli qurultay keçirəcək.

“Əgər qurultay mənə etimad göstərərsə, bu vəzifəni davam etdirməyə hazıram”, – deyə o vurğulayıb.

Xəbər lenti

Abbas Əraqçi Omana gedib

Sabah 24 dərəcə isti olacaq

Faktiki hava açıqlanıb

Azərbaycan nefti bahalaşıb