Image

Əraqçi qətərli həmkarı ilə regiondakı vəziyyəti müzakirə edib

İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani ilə telefon danışığı aparıb.Bu barədə Əraqçi “Telegram” kanalında məlumat verib.

Tərəflər telefon danışığı zamanı son regional hadisələr, xüsusilə atəşkəs və onun möhkəmləndirilməsi istiqamətində mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparıblar.

İran tərəfi müharibənin dayandırılması və gərginliyin azaldılması məqsədilə həyata keçirdiyi son diplomatik təşəbbüslər barədə Qətər tərəfini məlumatlandırıb.

Tərəflər, həmçinin, böhranların həllində region ölkələrinin konstruktiv rolunun vacibliyini vurğulayaraq, sülh təşəbbüslərinin dəstəklənməsi və regional sabitliyin möhkəmləndirilməsi üçün məsləhətləşmələrin davam etdirilməsinin zəruriliyini qeyd ediblər.

Qətərin xarici işlər naziri İranın diplomatik səylərini dəstəklədiyini və ölkəsinin müharibənin dayandırılması üçün vasitəçilik və dialoqun təşviqində fəal rol oynamağa hazır olduğunu bildirib.

Xəbər lenti

Faktiki hava açıqlanıb

Abbas Əraqçi Omana gedib