Azərbaycanda bir həftədə 136 yanğın: 48 nəfər xilas edilib
Azərbaycanda ötən həftə ərzində 136 yanğın hadisəsinə müdaxilə edilib, 48 nəfər xilas olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qurumun açıqlamasına görə, hesabat dövründə həmçinin 38 köməksiz vəziyyətdə qalma və 4 yol-nəqliyyat hadisəsi üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Məlumatda bildirilir ki, görülən operativ tədbirlər nəticəsində yanğınların qarşısı vaxtında alınıb və insanların həyatı xilas edilib.
Ümumilikdə, fövqəladə hallar zamanı 10-u azyaşlı olmaqla 48 nəfər xilas olunub, 9 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Aytac