Image

Daha bir ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Sabah saat 00:00-dan Bakının Müzəffər Nərimanov küçəsindən Araz küçəsinə qədər olan hissədə (metronun "Ulduz" stansiyası) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumata görə, məhdudiyyət təmir işləri başa çatana qədər qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Xəbər lenti

Faktiki hava açıqlanıb

Türkiyədə zəlzələ olub

Putin Əraqçini qəbul edib