I sinfə qəbul prosesi mayda başlayacaq
Azərbaycanda I sinfə qəbul prosesi maydan başlayacaq. Bunu ümumtəhsil və məktəbəqədər təhsil üzrə dövlət agentliyinin sədri Eşqi Bağırov bugün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, Gəncə-Daşkəsən, Abşeron-Xızı, Bakı şəhəri və Naxçıvanda prioritetli qəbul tətbiq olunacaq məktəblərin siyahısı artıq elan edilib. Bağırov bildirib ki, I sinfə qəbul prosesinin mərhələli təşkili valideynlər üçün daha şəffaf və əlçatan seçim imkanı yaradır, prioritetli qəbul mexanizmi isə uşaqların məktəblərə yerləşdirilməsində ədalətliliyin təmin edilməsinə xidmət edir. Gülnar Nazimqızı