Image

Maliyyə Nazirliyində yeni təyinat

Xalıq Qəhrəman oğlu Rəhmanov Azərbaycan Respublikası Maliyyə Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunub. Bu barədə Bakupost.az məlumat yayıb.

Məlumata görə, 63 yaşlı X.Rəhmanov 1981–1992-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin tabeli qurumlarında, 1992–2000-ci illərdə isə Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə çalışıb.

O, 2000-ci ildən Maliyyə Nazirliyində fəaliyyət göstərir və bu təyinatadək qurumun Aparat rəhbərinin müavini olub.

Rəhmanov 2012-ci ildə Prezident sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Xəbər lenti

İlqar Əliyev vəfat edib

Bu ərazidə qaz olmayacaq