Image

"Azərpambıq"dan əldə olunan gəlir açıqlanıb

2026-cı ilin yanvar-martında "Azərpambıq Aqrar Sənaye Kompleksi" 11,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.  Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 milyon ABŞ dolları və ya 23,2 % çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda qeyd olunub.

Cari ilin üç ayında  Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı əvvəlki ilin eyni dövrünə nisbətən 11,7 % artaraq 862 milyon ABŞ dolları təşkil edib.

"Azərpambıq" 2018-ci ildə yaradılıb. Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu, 7 pambıq istehsalı və tədarükü məntəqəsi  fəaliyyət göstərir. 

Aytac 

Xəbər lenti

Baş nazir qərar imzalayıb

Azərbaycan nefti bahalaşıb