Image

Ölkəmizdə qadın və uşaq hüquqları ilə bağlı sistem formalaşdırılıb -komitə sədri

Azərbaycanda ailə, qadın və uşaq siyasəti sahəsində vahid dövlət idarəetmə sistemi formalaşdırılıb, qanunvericilik bazası genişləndirilib və həyata keçirilən tədbirlər real sosial nəticələrlə müşahidə olunub. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib. “Qəbul edilən qanunvericilik aktları bu sahədə mühüm hüquqi zəmin yaradıb. Nikah yaşının müəyyənləşdirilməsi, tibbi müayinənin tətbiqi, erkən və qohum nikahlarının qarşısının alınmasına yönəlmiş tədbirlər cəmiyyətin sağlam inkişafına xidmət edən praktik addımlardır",- Muradova deyib. Onun sözlərinə görə, ailə dəyərlərinin təşviqi istiqamətində minlərlə təlim, görüş və tədbir keçirilib, yüz minlərlə vətəndaş bu təşəbbüslərdən faydalanıb. “Uşaq və ailələrə dəstək mərkəzləri, eləcə də digər dövlət qurumlarının yerli strukturları vasitəsilə vətəndaşlara sosial və psixoloji xidmətlər göstərilib. Bu fəaliyyət ailə institutunun möhkəmləndirilməsinə yönəlib",- komitə sədri bildirib. Muradova qeyd edib ki, qadınların iqtisadi imkanlarının genişləndirilməsi, sahibkarlığa cəlb olunması və məşğulluğunun artırılması istiqamətində görülən tədbirlər onların iqtisadi fəallığını artırıb. “Bu gün qadınlar təkcə sosial həyatın fəal iştirakçıları deyil, həm də ölkənin iqtisadi inkişafına töhfə verən aparıcı biznes subyektlərinin yaradıcılarıdır,” - o deyib. Komitə sədrinin sözlərinə görə, uşaq siyasəti sahəsində də mühüm irəliləyişlər əldə olunub. “Uşaqların hüquqlarının qorunması, sosial rifahının yaxşılaşdırılması, təhsil və inkişaf imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər onların cəmiyyət həyatında daha fəal və təşəbbüskar iştirakına şərait yaradıb",- Muradova bildirib. Gülnar Nazimqızı

Xəbər lenti

I sinfə qəbul başlayır

Baş nazir qərar imzalayıb