Image

Nazir uşaqların təlim-tərbiyəsindən danışıb

Uşaqların təlim və tərbiyəsində ailənin rolu məktəbin rolu qədər, bəzi hallarda isə ondan da artıqdır. Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. “Uşaqlar məktəbə artıq müəyyən dəyərlərlə gəlirlər. Onlar ailədə dünyaya göz açır, ilk davranış və münasibət modellərini məhz ailədə mənimsəyirlər. Buna görə də ailənin uşağa ötürdüyü dəyərlər xüsusi əhəmiyyət daşıyır”, - nazir qeyd edib. Əmrullayevin sözlərinə görə, valideynlər uşaq inkişafında məsuliyyətdən kənarda qala bilməzlər. “Dünyaya uşaq gətirən valideynlər öz məsuliyyətlərini dərk etməli, məktəb və müəllimlə birlikdə çalışaraq yeni nəsil azərbaycanlıların inkişafına töhfə verməlidirlər”, - o bildirib. Nazir vurğulayıb ki, qlobal çağırışların və texnologiyanın sürətli inkişafı ilə bağlı risklərin artdığı dövrdə ailə, məktəb və müəllim əməkdaşlığı daha da aktuallaşır. Gülnar Nazimqızı

Xəbər lenti

I sinfə qəbul başlayır

Baş nazir qərar imzalayıb