Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Rusiya Prezidenti Vladimir Putin Dağıstan rəhbəri Sergey Melikovun səlahiyyət müddəti başa çatdıqdan sonra vəzifədən ayrılacağını bildirib.
“RİA Novosti”nin məlumatına görə, Putin bu açıqlamanı respublika nümayəndələri ilə görüş zamanı səsləndirib.
Rusiya lideri Melikovun fəaliyyətini yüksək qiymətləndirərək onun başqa vəzifəyə keçəcəyini deyib.
“Respublikanın hazırkı rəhbəri Sergey Alimoviç Melikovun səlahiyyət müddəti sentyabrda başa çatır. O, çox iş görüb və buna görə ona minnətdarıq, lakin başqa işə keçir”, – deyə Putin bildirib.
Putin Melikovun vəzifədən ayrılacağı dəqiq tarixi açıqlamayıb. O, həmçinin Dağıstan rəhbəri vəzifəsinə namizəd kimi Dağıstan Ali Məhkəməsinin sədri Fyodor Şukinin namizədliyini dəstəklədiyini qeyd edib.
Sergey Melikov 2020-ci ildən Dağıstana rəhbərlik edir.