Image

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,44 dollar və ya 3,16% azalaraq 105,55 dollar təşkil edib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçersləri 100,59 dollara satılıb. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light”ın bir bareli 3,42 dollar və ya 3,23% ucuzlaşaraq 102,46 dollar olub.

Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 dollar səviyyəsində götürülüb.

“Azeri Light”ın minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, maksimum qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar təşkil edib.

Bu marka neft “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunur. Layihədə SOCAR-ın payı 31,65%-dir.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb