“Azeri Light” nefti 115 dolları ötüb
Dünya bazarında Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti artımını davam etdirərək bir barel üçün 115,93 ABŞ dollarına çatıb.
Birja məlumatlarına görə, “Azeri Light”ın qiyməti əvvəlki göstərici ilə müqayisədə 5,45 ABŞ dolları və ya 4,93% artıb.
Hərracların nəticələrinə əsasən, “Brent” markalı neftin iyul fyuçersləri 110,83 ABŞ dolları səviyyəsində formalaşıb.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” neftinin bir barelinin qiyməti isə 5,7 ABŞ dolları və ya 5,3% artaraq 113,3 ABŞ dolları olub.
Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb. Hazırkı qiymət büdcə proqnozunu təxminən 78% üstələyir ki, bu da enerji gəlirlərinin artımı baxımından əlavə fiskal imkanlar yarada bilər.
“Azeri Light” markalı neft SOCAR və beynəlxalq tərəfdaşların iştirakı ilə işlənən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilir. Müqavilədə SOCAR-ın payı 31,65% təşkil edir. “Azeri Light” neftinin tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.