Image

BP SOCAR və “Uzbekneftegaz”ın Özbəkistandakı neft-qaz layihəsinə qoşulub

Britaniyanın BP şirkəti SOCAR və “Uzbekneftegaz”ın Özbəkistanın Şimali Ustyurt bölgəsindəki neft-qaz blokları üzrə hasilatın pay bölgüsü sazişinə qoşulub.

BP layihədə 40% pay alıb. Şirkət bu payın 20%-ni SOCAR-dan, 20%-ni isə “Uzbekneftegaz”dan əldə edib.

Bundan sonra layihədə pay bölgüsü belə olacaq: BP — 40%, SOCAR — 30%, “Uzbekneftegaz” — 30%. SOCAR layihənin operatoru olaraq qalır.

Saziş “Boyterak”, “Terenggudug”, “Birgori”, “Xaroy”, “Qoraqalpoq” və “Gulboy” bloklarını əhatə edir.

Hasilatın pay bölgüsü haqqında saziş ilkin olaraq 2025-ci il iyulun 24-də SOCAR, “Uzbekneftegaz” və Özbəkistanın Energetika Nazirliyi arasında imzalanıb. Layihə hazırda ilkin mərhələdədir və seysmik tədqiqatları SOCAR aparır.

Xəbər lenti

Bu yol 2 gün bağlı olacaq