Image

ADY sərnişin daşınmasını 16 % artırıb

Bu ilin yanvar-may aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu üzrə 4 milyon 513 min 747 sərnişin daşıyıb.

ADY-dən verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 16,3 % artıb.

Hesabat dövründə Abşeron dairəvi dəmir yolu ilə təxminən 4,3 milyon sərnişin səfər edib ki, bu da illik müqayisədə 16 % çoxdur. Rayonlararası marşrutlarla daşınan sərnişinlərin sayı isə 240 minə yaxın olub və 21 % artım qeydə alınıb.

Yanvar-may aylarında ADY xidmətlərindən istifadə edən xarici turistlərin sayı 11 mindən çox olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 % artıb.

Mənbə: anews.az

Xəbər lenti

Bakıda bina yanır