Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 20 vaqon buğda göndəriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 20 vaqon buğda göndəriləcək.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Məlumata görə, buğda yüklənmiş qatar bu gün ADY-nin Biləcəri stansiyasından yola salınacaq.
Bu, Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə həyata keçirilən növbəti yük daşınmasıdır.
Mənbə: anews.az