Naxçıvanda orta aylıq nominal əməkhaqqı 6 %-ə yaxın artıb
Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 2026-cı ilin yanvar-iyun aylarında 872 manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% çoxdur. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsi məlumat yayıb.
Müqayisə üçün, 2026-cı ilin ilk altı ayında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı illik ifadədə 7% artaraq 1 174,4 manata çatıb.
Beləliklə, hesabat dövründə Naxçıvanda orta aylıq əməkhaqqı ölkə üzrə orta göstəricidən təxminən 302 manat aşağı olub.
Ölkə üzrə ən yüksək orta aylıq nominal əməkhaqqı mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, həmçinin nəqliyyat və anbar təsərrüfatı sahələrində qeydə alınıb.
Mənbə: anews.az