Image

“Eurovision-2027” Bolqarıstanın Burqas şəhərində keçiriləcək

2027-ci ildə keçiriləcək “Eurovision” mahnı müsabiqəsinə Bolqarıstanın Burqas şəhəri ev sahibliyi edəcək.

Avropa Yayım Birliyi (EBU) və Bolqarıstanın milli yayımçısı BNT müsabiqənin 11, 13 və 15 may 2027-ci il tarixlərində keçiriləcəyini açıqlayıb. Yarımfinallar mayın 11-i və 13-ü, final isə mayın 15-də baş tutacaq.

Müsabiqənin əsas tədbirlərinin Burqasda keçirilməsi nəzərdə tutulur. EBU-nun seçimində şəhərin infrastrukturu, yerləşdirmə imkanları və müsabiqəyə ev sahibliyi üçün hazırlığı əsas amillərdən olub.

2027-ci il müsabiqəsi “Eurovision” tarixində 71-ci yarış olacaq və ilk dəfə Bolqarıstanda keçiriləcək.

Bolqarıstan 2026-cı ildə Vyanada keçirilən “Eurovision” mahnı müsabiqəsində ilk qələbəsini qazanıb. Ölkəni təmsil edən DARA “Bangaranga” mahnısı ilə 516 xal toplayaraq birinci olub. Bu qələbə nəticəsində 2027-ci il müsabiqəsinin keçirilməsi hüququ Bolqarıstana keçib.

Müsabiqənin yarımfinallarından əvvəl və sonra Bolqarıstanın Sofiya, Plovdiv və Varna şəhərlərində də “Eurovision”a həsr olunmuş tədbirlərin keçirilməsi planlaşdırılır.

Aytac

Mənbə: anews.az

Xəbər lenti

Sabah 36 dərəcə isti olacaq