"Neftçi"nin sabiq prezidenti Sadıq Sadıqov vəfat edib
"Neftçi" klubunun keçmiş prezidenti Sadıq Sadıqov vəfat edib.Bu barədə "Report"a mərhumun ailəsi məlumat verib.
Sabiq prezident 2009-2015-ci illərdə "ağ-qaralar"ın rəhbəri olub.
Klub bu dönəmdə üç dəfə Azərbaycan çempionatının, iki dəfə Azərbaycan Kubokunun qalibi adını qazanıb.
Mənbə: anews.az