Image

Binədə mağaza yanıb - Video

Xəzər rayonu, Binə qəsəbəsi ərazisində mağazada yanğın olub.Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində ümumi sahəsi 200kv.m. olan tikinti materiallarının satışı mağazasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik yerləşən fərdi yaşayış evinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində mağazanın yanar konstruksiyaları 100kv.m. sahədə yanıb.

Mağazanın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

 

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Bakıda bina yanır