Göygöldə torpaq sürüşüb, avtomobil yolunda çətinliklər yaranıb
Göygöl rayonuna yağan güclü yağış yollarda çətinlik yaradıb.
"Report" xəbər verir ki, rayonun Aşıqlı kəndi ərazsində torpağın bir hissəsi yola tərəf uçub, iri ağac əraziyə aşıb.
Nəticədə, Gəncə-Göygöl-Kəlbəcər yolunda qismən problemlər yaranıb.
Hazırda bu istiqamətdə tədbirlər görülür.
Mənbə: anews.az