Ermənistandan Azərbaycana gələn məhsulları alarsınızmı?- SORĞU
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması fonunda iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin qurulması da gündəmə gəlib. Azərbaycandan Ermənistana artıq bir neçə məhsul ixracı olunur.
2025-ci ilin dekabrından Azərbaycandan Ermənistana neft məhsullarının tədarükünə başlanılıb. İlk mərhələdə Aİ-95 markalı avtomobil yanacağı göndərilib. 2026-cı ilin əvvəlində isə Ermənistana Aİ-95, Aİ-92 markalı benzin və dizel yanacağı partiyaları göndərilib.
2026-cı ilin yanvar-iyunda isə Azərbaycanın Ermənistana ixracının ümumi dəyəri 17,129 milyon dollara çatıb.
Anews.az saytı sakinlər arasında sorğu keçirərək onlardan “Ermənistandan Azərbaycana gətirilən məhsulları alarsınızmı?” sualını ünvanladıq.
Sakinlərin bu məsələyə münasibəti isə fərqli olub. Bəziləri məhsulun keyfiyyətini əsas meyar olduğunu bildiriblər. Digərləri Ermənistandan gətirilən məhsulları almaq istəmədiklərini qeyd ediblər.
Daha ətraflı linkdə:
Aytac Zeynalova Gülnar Nazimqızı
Mənbə: anews.az