Sosial sığorta haqları üzrə daxilolmalar 6,3% artıb
2026-cı ilin yanvar–iyulunda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 240,4 milyon manat və ya 6,3% artım qeydə alınıb. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 93,9 milyon manat və ya 7,4%, qeyri-büdcə təşkilatları üzrə isə 242,9 milyon manat və ya 9,9% artımla olub.
Mənbə: anews.az