Image

ABŞ-də qaz anbarında yanğın baş verib

ABŞ-ın Oklahoma ştatının Qlenpul şəhərində mayeləşdirilmiş təbii qaz (LNG) rezervuarında yanğın baş verib.

“Fox 23” telekanalının məlumatına görə, yanğın Oklahomanın Nəqliyyat Departamenti tərəfindən qeydə alınıb.

Hadisə ilə əlaqədar şəhərdəki məktəblər müvəqqəti bağlanıb, yaxın ərazilərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Qlenpulun dövlət məktəblərində təhlükəsizlik tədbiri olaraq özünütəcrid rejimi tətbiq edilib. Şagird və əməkdaşlara binaları tərk etməmək tapşırılıb.

Hakimiyyət orqanları bütün şagirdlərin təhlükəsiz vəziyyətdə olduğunu bildirib.

Polis “Fox 23”ə bildirib ki, hazırda xəsarət alanlar və yanğının digər obyektlərə yayılması barədə məlumat yoxdur.

Mənbə: anews.az

Xəbər lenti