Image

8 marşrutun hərəkət istiqaməti dəyişdi

Xırdalan şəhərinin Heydər Əliyev prospektində aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

AYNA-nın məlumatına görə, məhdudiyyət səbəbindən E2, 135, 515, 517, 523, 535, 592 və 596 nömrəli marşrutların hərəkəti alternativ küçələrlə təşkil olunub.

E2 nömrəli marşrut “20 Yanvar” metrostansiyasından Xırdalan istiqamətində Heydər Əliyev prospekti, Zərifə Əliyeva, Qalubiyyə və Mehdi Hüseynzadə küçələri ilə hərəkət edir. Marşrutun başlanğıc dayanacağı Heydər Əliyev prospektində təşkil edilib.

135 nömrəli marşrutun avtobusları Mehdi Hüseynzadə küçəsindəki başlanğıc dayanacağından Heydər Əliyev prospekti ilə hərəkət edir.

517 nömrəli marşrut iki istiqamətdə fəaliyyət göstərir. Birinci istiqamət Masazır kəndindəki “Yeni Bakı” yaşayış kompleksindən Həsən Əliyev küçəsinə qədər, ikinci istiqamət isə həmin yaşayış kompleksindən Heydər Əliyev prospektinə qədər təşkil olunub.

515, 523 və 596 nömrəli marşrutlar Heydər Əliyev prospekti, Hacı Zeynalabdin Tağıyev, Osman Sarıvəlli, İmadəddin Nəsimi və Həsən Əliyev küçələri ilə hərəkət edir.

535 nömrəli marşrutun son dayanacağı Heydər Əliyev prospektində, Hacı Zeynalabdin Tağıyev küçəsi ilə kəsişməyə yaxın ərazidə təşkil edilib.

592 nömrəli marşrutun başlanğıc dayanacağı isə Heydər Əliyev prospektində, Mehdi Hüseynzadə küçəsi ilə kəsişməyə yaxın ərazidə müəyyənləşdirilib.

Mənbə: anews.az

Xəbər lenti