Image

Azərbaycanda hər üç pensiyaçıdan ikisi yaşa görə pensiya alır

Azərbaycanda 2026-cı il iyulun 1-nə 716,100 nəfər yaşa görə pensiya alıb, bu da ölkədəki bütün pensiyaçıların 65,1%-ni təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

Həmin tarixə ölkədə pensiyaçıların ümumi sayı 1,1 milyon nəfər olub.

Onların 22,3%-i və ya təxminən 245,300 nəfəri əlilliyə, 12,6%-i və ya 138,600 nəfəri ailə başçısını itirməyə görə pensiya alıb.

2026-cı ilin əvvəlindən əmək pensiyaları 9,3% indeksləşdirilib. İyulun 1-nə orta aylıq pensiya 594 manat, yaşa görə orta aylıq pensiya isə 632 manat təşkil edib. Minimum yaşa görə əmək pensiyası: 320 manat təşkil edir. 

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti