Image

Moskvadakı Azərbaycan diasporunun rəhbəri Rusiyadan deportasiya edilib

Moskvadakı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib. Bu barədə apa məlumat yayıb. 

Həsənov miqrantların müvəqqəti saxlanma məntəqəsindən hava limanına aparılıb və Rusiya ərazisindən çıxarılıb.

Həsənov bu ilin iyununda hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq miqrantların müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilmişdi. Onun Rusiya vətəndaşlığı isə ötən il ləğv olunub.

Bəxtiyar Həsənov 2022-ci ildə Moskva Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin sədri seçilib. O, bu vəzifədə Rusiyada yaşayan azərbaycanlıların hüquqi və sosial məsələlərinin həlli, diaspor təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyət göstərib.

Mənbə: anews.az

Xəbər lenti