Image

Qubada qəza olub - 5 nəfər yaralanıb

Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib.

 “Mercedes” markalı minik avtomobil ilə “İveco” markalı yük avtomobili toqquşub.

Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Onların arasında azyaşlı uşaq da var.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti