Image

Ferrari-nin ilk elektrikli avtomobili hərracda rekord qiymətə satılıb

Ferrari-nin ilk tam elektrikli modeli Lucenin ilk seriya nümunəsi Sotheby’s hərracında 40 milyon dollara satılıb. Satış yeni avtomobil üçün hərracda ödənilən ən yüksək məbləğ kimi qeydə alınıb.

“Şassi 0” adlandırılan avtomobil Luce modelinin ilk seriya versiyasıdır və xüsusi lövhə ilə təqdim olunub. Ferrari satışdan əldə olunan vəsaiti xeyriyyə təşkilatlarına bağışlayacağını açıqlayıb.

Ferrari ilk tam elektrikli avtomobilini mayın 26-da təqdim edib. Modelin təqdimatından sonra şirkətin səhmləri 8%-dən çox ucuzlaşıb və bu, bazar kapitallaşmasının təxminən 5 milyard avro azalmasına səbəb olub. Elektrikləşmə strategiyası Ferrari üçün yeni mərhələ olsa da, şirkətin ənənəvi yüksək performanslı mühərriklərə əsaslanan biznes modelindən keçidi investorlar tərəfindən diqqətlə izlənilir.

Gülnar 

Mənbə: anews.az

Xəbər lenti