Bakıda futbol oynayan 26 yaşlı şəxsin ürəyi dayanıb öldü
Bakının Binə qəsəbəsində futbol oynayan 26 yaşlı gənc vəfat edib.
Hadisə avqustun 16-da saat 21 radələrində qəsəbə ərazisində yerləşən stadionda baş verib. Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Xəyal Xaliq oğlu İbadov futbol oynayarkən ürək çatışmazlığından ölüb.
Faktla bağlı araşdırma rayon prokurorluğu tərəfindən aparılır.
Mənbə: anews.az