Image

Yunanıstanda helikopter qəzaya uğrayıb, xəsarət alanlar var

Yunanıstanın Egey dənizində yerləşən Sifnos adasında kiçik şəxsi helikopterin qəzaya uğraması nəticəsində göyərtəsində olan üç nəfər ölüb.Bu barədə “Ekathimerini” xəbər yayıb.

İlkin məlumata görə, helikopter Tholos bölgəsindən havalandıqdan qısa müddət sonra qəzaya uğrayıb və hadisə yerində yanğın baş verib. Yanğın yerli yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb.

Helikopterdə pilot və iki sərnişin olub. Onların şəxsiyyəti hələ müəyyən edilməyib.

Qəzanın səbəbləri araşdırılır.

Mənbə: anews.az

Xəbər lenti