Image

Brent neftinin qiyməti 91 dolları ötüb

Brent markalı neftin Londonun ICE Futures birjasında qiyməti avqustun 17-də 91 dollar/barel həddini keçib.

Bakı vaxtı ilə saat 21:56-da Brent neftinin oktyabr fyuçerslərinin qiyməti 3,04% artaraq 91,21 dollar/barelə yüksəlib.

Saat 22:01-də qiymət artımı zəifləyib və Brent 90,99 dollar/barelə (+2,79%) geriləyib.

Eyni zamanda, sentyabr ayında tədarük ediləcək WTI markalı neft fyuçerslərinin qiyməti 2,74% artaraq 84,66 dollar/barelə çatıb.

Brent neftinin avqustun 17-də 91 dollar/barel səviyyəsinə yüksəlməsi gün ərzində bazarda qeydə alınan ən yüksək göstəricilərdən biri olub.

Mənbə: anews.az

Xəbər lenti