Image

Azərbaycan neftinin qiyməti 91 dolları keçib

Dünya bazarında Azərbaycanın Azeri Light markalı neftinin bir barelinin qiyməti 1,24 dollar və ya 1,34% azalaraq 91,31 dollara düşüb.

Hərraclarda Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti 90,16 dollar təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light-ın qiyməti isə 1,18 dollar və ya 1,32% azalaraq 88,20 dollar olub.

 Azeri Light-ın dünya bazarındakı qiyməti Azərbaycanın 2026-cı il dövlət büdcəsində nəzərdə tutulan 65 dollar/barel göstəricisindən 26,31 dollar və ya təxminən 40,5% yüksəkdir.

Azərbaycanın əsas neft hasilatı Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunun payına düşür. AÇG ölkənin neft hasilatının təxminən dörddə üçünü təmin edir. Yataqlar blokunda hasilat BP-nin operatorluğu ilə həyata keçirilir və Azərbaycan nefti əsasən Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə dünya bazarlarına çıxarılır.

 

Mənbə: anews.az

Xəbər lenti