Image

Bağdad İraq Kürdüstanının Baş nazirinin ofisinə hücumla bağlı İrandan izahat tələb edib

İraqın xarici işlər naziri Fuad Hüseyn İraq Kürdüstanı Regional Hökumətinin Baş naziri Məsrur Bərzaninin ofisinə və iqamətgahına edilən dron hücumu ilə bağlı İrandan rəsmi izahat istəyib.

İraq Xarici İşlər Nazirliyinin məlumatına görə, Fuad Hüseyn bu məsələni iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı zamanı müzakirə edib.

Hüseyn hücumu İraqın təhlükəsizliyi və regionda sabitlik üçün təhlükəli eskalasiya kimi qiymətləndirərək Tehrandan hadisə ilə bağlı rəsmi mövqeyini və hücumun arxasında duran tərəflər və ya səbəblərin açıqlanmasını istəyib.

Əraqçi isə hücumun İran ərazisindən həyata keçirildiyini göstərən hər hansı məlumatının olmadığını bildirib və belə bir hücuma heç bir əsas olmadığını deyib. O, İranın insidentlə bağlı mövqeyini əks etdirən rəsmi bəyanat yayacağını bildirib.

Bərzani hücumu regionun təhlükəsizliyi və sabitliyinə birbaşa təhdid və təhlükəli eskalasiya kimi qiymətləndirib.

Mənbə: anews.az

Xəbər lenti