Ərdoğan Britaniyanın Baş naziri ilə regional məsələləri müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Endi Börnhəmlə telefon danışığı aparıb.Bu barədə “TRT Haber” məlumat yayıb.
Telefon danışığı zamanı Türkiyə ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan iki ölkə arasında, xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlıqda mühüm irəliləyişlərin əldə edildiyini bildirib.
Türkiyə Prezidenti ticarət dövriyyəsinin artırılması və investisiya sahəsində müəyyənləşdirilmiş hədəflərə nail olunması üçün birgə səylərin davam etdiriləcəyini vurğulayıb.
Mənbə: anews.az