Image

Ağdaşda balıqçı kanalda boğularaq ölüb

Ağdaş rayonunda 56 yaşlı balıqçı Yuxarı Şirvan kanalında boğularaq ölüb.

1970-ci il təvəllüdlü Yevlax rayonunun Qaramanlı kənd sakini Tofiq Süleymanov balıq tutmaq məqsədilə qayıqla kanalda hərəkətdə olarkən qayığın güclü su axınının olduğu bənd istiqamətinə getdiyini görüb. O, qayığı tərk edərək özünü suya atıb və nəticədə boğulub.

Süleymanovun meyiti kanalın Ağdaş rayonunun Şəkili kəndindən keçən hissəsində aşkarlanıb. Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti