"Azeri Light" 91,31 dollar, "Brent" 90,16 dollar təşkil edir
Dünya bazarında və regional terminallarda neft növlərinin cari kotirovkaları müəyyənləşib.
Azərbaycanın "Azeri Light" (CIF) markalı xam neftinin bir barelinin qiyməti 91,31 ABŞ dolları səviyyəsində qərarlaşıb. Türkiyənin Ceyhan limanında "Azeri Light" neftinin FOB şərtləri ilə qiyməti (BTC FOB Ceyhan) isə 88,20 dollar təşkil edir.
Eyni zamanda, Şimal dənizinin etalon "Brent" markalı xam nefti 90,16 dollar, Rusiyanın ixrac etdiyi "Urals" markalı xam nefti isə 63,08 dollar səviyyəsində ticarət olunur.
N.Təbrizli
Mənbə: anews.az