Şirvan, Sabirabad, Saatlı və İmişlidə qaz kəsiləcək
Şirvan şəhəri, Sabirabad, Saatlı və İmişli rayonlarının bəzi ərazilərində avqustun 19-da təbii qazın verilişi müvəqqəti dayandırılacaq.
“Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə, fasilə qaz sızmalarının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar yaranacaq.
Qaz təchizatı saat 10:00-dan başlayaraq işlər başa çatanadək Şirvan şəhərinin Bayramlı qəsəbəsində, Sabirabad rayonunun bir hissəsində, həmçinin Saatlı və İmişli rayonlarının bəzi ərazilərində dayandırılacaq.
Mənbə: anews.az