Yeddi ayda qida məhsullarında 7%-ə yaxın artım olub
Azərbaycanda istehlak qiymətləri indeksi 2026-cı ilin yanvar-iyulunda əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7% artıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Hesabat dövründə ən yüksək artım qida məhsulları, içkilər və tütün məmulatlarında qeydə alınıb. Bu qrup üzrə qiymətlər illik müqayisədə 6,8% yüksəlib.
Qeyri-qida malları üzrə qiymətlər 3,8%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 5,7% artıb.
Müqayisə üçün, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda illik istehlak qiymətləri artımı 5,7% səviyyəsində olub.
Gülnar Nazimqızı
Mənbə: anews.az