Image

Yaxın Şərqdə gərginlik qlobal iqtisadi artım proqnozlarını aşağı salıb

 

Yaxın Şərqdə davam edən geosiyasi gərginliklər fonunda enerji qiymətlərinin yüksəlməsi və inflyasiya təzyiqlərinin artması qlobal iqtisadi artımla bağlı proqnozların aşağı salınmasına səbəb olub. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. 

Enerji qiymətlərinin bahalaşması fonunda monetar siyasətin sərtləşdirilməsi ilə bağlı gözləntilər də güclənib.

Beynəlxalq Valyuta Fondu (BVF) iyul ayında açıqladığı son proqnozunda 2026-cı il üzrə qlobal iqtisadi artım gözləntisini aprel proqnozu ilə müqayisədə 0,1 faiz bəndi azaldaraq 3%-ə endirib.

Dünya Bankı isə iyun ayında qlobal iqtisadi artım proqnozunu 0,1 faiz bəndi aşağı salaraq 2,5% səviyyəsində müəyyən edib.

Beynəlxalq maliyyə institutları və reytinq agentliklərinin son qiymətləndirmələrinə əsasən, xam neftin bir barelinin orta illik qiymətinin 82-94 ABŞ dolları aralığında olacağı gözlənilir.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti