Image

YouTube" "Netflix"lə əməkdaşlıq edən bloqerlərin qazancını məhdudlaşdıra bilər

"YouTube" striminq nəhəngi "Netflix"lə tərəfdaşlıq edən və kontentlərini hər iki platformada paralel yayımlayan aparıcı bloqerlərin monetizasiya və marketinq imkanlarını məhdudlaşdırmağı planlaşdırır. Bu barədə "Bloomberg" xəbər verir.

Agentliyin məlumatına görə, "YouTube" bu addımla "Netflix" tərəfindən artan rəqabət təzyiqini zəiflətməyi hədəfləyir. Yeni qaydalara əsasən, hər iki platformada eyni vaxtda video yerləşdirən müəlliflər qlobal marketinq kampaniyalarından kənarda qala və bir sıra iri reklam müqavilələrindən gələn paydan məhrum ola bilərlər.

Bunun müqabilində "YouTube" öz platformasında eksklüziv yayıma razılıq verən müəlliflərə layihələrin birbaşa maliyyələşdirilməsini və tanınmış brendlərlə əməkdaşlıqdan əlavə gəlir payı təklif edir. Mənbələrin bildirdiyinə görə, şirkət artıq bir neçə iri bloqerlə müvafiq eksklüziv razılaşmalar imzalamaq ərəfəsindədir.

N.Təbrizli

Mənbə: anews.az

Xəbər lenti