Lənkəranda avtomobil dərəyə aşıb, sürücü ölüb
Lənkəranda avtomobilin dərəyə aşması nəticəsində sürücü həyatını itirib.
Hadisə Diryan kəndi ərazisində baş verib. 1965-ci il təvəllüdlü İntiqam Nuriyev idarə etdiyi “Chevrolet Niva” markalı avtomobillə torpaq yolda hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobil dərəyə aşıb, sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə: anews.az