Image

Tramp Hörmüz boğazını Amerika ərazisi adlandırıb

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını hazırda ABŞ ərazisi hesab etdiyini bildirib.

Tramp bu barədə Cənubi Karolinada tərəfdarları qarşısında çıxışı zamanı deyib.

"İran sövdələşmə bağlamağı çox istəyir. Biz isə belə bir razılaşma istəyib-istəmədiyimizi belə bilmirik. Çünki mən hazırda Hörmüz boğazını Amerika ərazisi hesab edirəm. Bu, Amerika ərazisidir", - Tramp bildirib.

O, ABŞ-nin İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini də vurğulayıb.

"Biz İranın nüvə silahı əldə etməsinə imkan verə bilmərik. Əks halda, çox xoşagəlməz nəticələr olacaq. Buna görə də biz müdaxilə etdik və onları dayandırdıq. Onların heç vaxt nüvə silahı olmayacaq", - ABŞ Prezidenti qeyd edib.

Mənbə: anews.az

Xəbər lenti

İndoneziyada zəlzələ olub