Image

İsrail Ordusu Qəzzada HƏMAS-ın bölük komandirini zərərsizləşdirib

İsrail Müdafiə Ordusu (IDF) Qəzza zolağının mərkəzində HƏMAS-ın “Deyr əl-Bəlah” batalyonunun bölük komandiri Şərif əl-Həsənatın öldürüldüyünü bildirib.Bu barədə IDF-in mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zərbə Deyr əl-Bəlah şəhərində endirilib. IDF bildirib ki, əl-Həsənat İsrail hərbçiləri üçün “birbaşa təhlükə” yaradıb.

İsrail ordusunun məlumatına görə, əl-Həsənat HƏMAS-ın hücumlarının planlaşdırılması və həyata keçirilməsində iştirak edib, həmçinin Qəzza zolağında qruplaşmanın yeraltı infrastrukturunun bərpası səylərinə rəhbərlik edib.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 40 dərəcə isti olacaq

Faktiki hava açıqlanıb

İndoneziyada zəlzələ olub