Qaradağda 45 yaşlı kişi elektrik cərəyanından ölüb
Bakının Qaradağ rayonunda 45 yaşlı kişi təmir işləri apararkən elektrik cərəyanının vurması nəticəsində ölüb.
Hadisə Korgöz qəsəbəsində baş verib. Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Çingiz Əliyev təmir işləri görərkən elektrik cərəyanının təsirinə məruz qalıb.
Nəticədə o, hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: anews.az