Qızıl və gümüş ucuzlaşdı
Dünya bazarlarında qızılın qiyməti son 3 ayın ən yüksək həddinə çatdıqdan sonra cüzi ucuzlaşıb. İnvestorlar diqqəti ABŞ-nin inflyasiya göstəricilərinə və FED rəhbəri Kevin Uorşun çıxışına yönəldiblər.
Spot qızılın unsiyası 0,2% ucuzlaşaraq 4 640,39 dollara, ABŞ fyuçersləri isə 4 696 dollara düşüb.
Qızılın son günlərdəki bahalaşması dolların zəifləməsi və ABŞ Maliyyə Nazirliyinin istiqrazların geri alışı qərarı ilə bağlı idi. Çərşənbə axşamı gümüşün qiyməti də 1,3% azalaraq unsiyası üçün 68,01 dollar təşkil edib.
N.Təbrizli
Mənbə: anews.az